“Liverpul”dan ayrıldı, bu kluba keçdi
03.06.2025 , 20:43
“Liverpul”un qapıçısı Kuivin Kelleher klubundan ayrılıb.
Korner.az xəbər verir ki, irlandiyalı qolkiper bundan sonra “Brentford”da forma geyinəcək.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
26 yaşlı oyunçu ilə 2030-cu ilin yayına kimi müqavilə imzalanıb.
