“Liverpul”dan ayrılan qapıçı “Betis”də
09.07.2024 , 12:14

Təcrübəli qapıçı Adrianın yeni klubu məlum olub.
Korner.az xəbər verir ki, o, bundan sonra “Betis”in qapısını qoruyacaq.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Məlumatda, 37 yaşlı qolkiper ilə 2 illik müqavilə imzalandığı diqqətə çatdırılıb.
