“Liverpul”dan “Aston Villa”ya?
19.05.2025 , 14:05

“Liverpul”un qapıçısı Kaomhin Kelleher İngiltərə klubunun transfer hədəfinə düşüb.
Korner.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Xəbərdə, irlandiyalı futbolçu ilə “Aston Villa”nın maraqlandığı iddia olunur.
Klub qolkiperi argentinalı oyunçu Emiliano Martinezin əvəzləyicisi olaraq görür.
Kelleher bu mövsüm 20 matçda iştirak edib, 20 qol buraxıb və 9 oyunda qapısını toxunulmaz saxlayıb.
