“Liverpul”dan Almaniya klubuna
09.06.2023 , 17:14

Beş illik “Liverpul” macərasını başa vuran Nabi Keyta Almaniyaya qayıdıb.
Korner.az xəbər verir ki, adı bir çox komandalarla hallanan futbolçu “Bremen”ə keçib.
Klub Nabi Keytanın transferini rəsmən bəyan edib. Onunla imzalanan müqavilənin detalları isə açıqlanmayıb.
