“Liverpul”dan 70 milyon avroluq təklif
15.05.2023 , 17:14

“Brayton”un futbolçusu Aleksis Mak Allister komandadan ayrıla bilər.
Korner.az xəbər verir ki, futbolçu ilə “Liverpul” maraqlanır.
İngiltərə nəhəngi Mak Allister üçün 70 milyon avro təklif edəcəyi gözlənilir.
Futbolçu ilə “Arsenal” və “Mançester Yunayted”in də maraqlandığı, lakin argentinalı futbolçunun daha çox üstünlük verdiyi “Liverpul”un olacağı bildirilib.
