“Liverpul”un futbolçusu Deniel Staric əsas komandayla ilk məşqində yenidən zədə alıb.
Korner.az-ın məlumatına görə, İngiltərə yığmasının forvardı bu səbəblə daha bir ay oynamaya bilər.
Xatırladaq ki, Staric sentyabrın əvvəlindən meydanlara çıxmır. Futbolçunun budunda zədə var.
