“Liverpul”da yeni müqavilə
12.08.2022 , 19:05
“Liverpul” 19 yaşlı yarımmüdafiəçi Harvi Elliottla müqaviləni uzadıb.
Korner.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Oyunçu ilə 5 illik sözləşmə imzalanıb.
Elliot ötən mövsüm “Liverpul”un heyətində Premyer Liqada 6 oyuna çıxıb.