“Liverpul”da yeni müqavilə – Rəsmi
17.04.2025 , 14:53

“Liverpul”da yeni müqavilə qeydə alınıb.
Korner.az xəbər verir ki, Mersisayd təmsilçisi futbolçusu Vircil Van Deyklə sözləşməni uzadıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
33 yaşlı niderlandlı müdafiəçi ilə imzalanan yeni kontraktın detalları hələlik açıqlanmayıb.
