“Liverpul”da yeni müqavilə
27.01.2023 , 18:17

“Liverpul” futbolçusu Stefan Bayçetiçlə müqaviləni uzadıb.
Korner.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. 18 yaşlı yarımmüdafiəçi ilə 2027-ci ilin yayınadək olan yeni sözləşmə imzalanıb.
Qeyd edək ki, Stefan 2021-ci ilin yanvarında “Selta”dan “Liverpul”a keçib.
