“Liverpul”un futbolçusu Daniel Staric ombasından əməliyyat olunub.
Korner.az-ın məlumatına görə, İngiltərə millisinin də şərəfini qoruyan gənc futbolçu 4 aydan sonra məşqlərə başlayacaq.
25 yaşlı hücumçunun oktyabrın sonunda yaşıl meydanlara qayıdacağı gözlənilir.
Qeyd edək ki, D.Staric İngiltərə Premyer Liqasının 30-cu turunda “Mançester Yunayted”ə qarşı matçda zədələnmişdi.
