Futbol

“Liverpul”da mövsümün ən yaxşı futbolçusu seçilib

10.05.2017 , 06:51

“Liverpul”un heyətində cari mövsümün ən yaxşı futbolçusu məlum olub.

Korner.az-ın məlumatına görə, azarkeşlər arasında keçirilən sorğunun nəticələrinə əsasən mövsümün əvvəlində “Sauthempton”dan transfer edilən Sadio Mane ən yaxşı seçilib.

25 yaşlı futbolçu bu mövsüm 29 oyuna 13 qol vurub və 8 məhsuldar ötürmə edib.

“Liverpul” azarkeşləri mövsümün ən yaxşı qolu nominasyiasında Əmrə Canın “Uotford”un qapısına vurduğu seçiblər.

Son yazılar

Yuxarı