"Liverpul"un kapitanı Stiven Cerrard azarkeşlərin seçiminə görə İngiltərədə 2012-ci ilin ən yaxşı futbolçusu adına layiq görülüb.
Korner.az-ın məlumatına görə, Cerrard ümumilikdə 180 min səs toplayıb.
32 yaşlı futbolçu sorğuda, Denni Uelbeki, Eşli Koulu, Co Hartı və Qlen Consonu qabaqlayıb.
Qeyd edək ki, təcrübəli futbolçu mükafat olaraq aldığı 25 min funt sterlinqi isə "Bobbi Mur” xeyriyyə fonduna göndərib.
