“Liverpul”un yarımmüdafiəçisi Filipe Koutinyo komandanın tərkibində 2014/15 mövsümünün ən yaxşısı seçilib.
Korner.az-ın məlumatına görə, bu xəbər klubun rəsmi saytında yer alıb.
Azarkeşlər və futbolçuların səsverməsi nəticəsində qalib olan braziliyalı futbolçu mövsüm ərzində 34 oyuna çıxıb. Bu qarşılaşmalarda 5 qol və 5 qol ötürməsi ilə yadda qalıb
