“Liverpul”da ciddi itkilər
21.11.2019 , 16:58

İngiltərə Premyer Liqasının XIII turunda “Kristal Pelas”la qarşılaşacaq “Liverpul” ciddi itkilərlə üzləşib.
Korner.az xəbər verir ki, komandanın aparıcı futbolçuları – Məhəmməd Salah və Endru Robertson görüşdə iştirak edə bilməyəcək.
Buna səbəb onların zədələrinin sağalmamasıdı. Bərpa müddəti davam edən oyunçuların adı bu matç üçün heyətdən çıxarılıb.
