“Liverpul” ciddi itki ilə üzləşib.
Korner.az-ın məlumatına görə, komandanın müdafiəçisi Mamadu Sako zədələnərək sıradan çıxıb.
Dabanından zədə alan futbolçu təxminən bir ay yaşıl meydanlardan kənarda qalacaq. Belədə fransalı futbolçu mövsümün startında “Liverpul”a kömək edə bilməyəcək.
Qeyd edək ki, 2013-cü ildən “Liverpul”da çıxış edən Sako keçirdiyi 55 oyunda 2 qol vurub.
