“Liverpul”da ciddi itki
18.11.2021 , 20:01

“Liverpul” ciddi itki ilə üzləşib.
Korner.az xəbər verir ki, komandanın yarımmüdafiəçisi Kurtis Cons zədələnib.
20 yaşlı futbolçunun bir neçə həftə yaşıl meydanlardan kənar qalacağı bildirilir.
Cons bu mövsüm keçirdiyi 9 oyunda 1 qol vurub, 2 məhsuldar ötürmə ilə yadda qalıb.
