“Liverpul”da ciddi itki
10.11.2020 , 19:07

“Liverpul” ciddi itki ilə üzləşib.
Korner.az xəbər verir ki, Mersisayd klubunun futbolçusu Trent Aleksandr Arnold sıradan çıxıb.
Premyer Liqanın VIII turunda “Mançester Siti” ilə matçda (1:1) zədələnən oyunçu tibbi müayinədən keçib və onun dekabr ayınadək yaşıl meydanlardan kənarda qalacağı müəyyənləşib.
