“Liverpul”da ayrılıq
26.06.2020 , 17:13

“Liverpul” müdafiəçisi Nataniel Klayn ilə yollarını ayırıb.
Korner.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Rəhbərlik sözləşməsi iyunun sonunda başa çatacaq futbolçu ilə yeni müqavilə imzalamağa ehtiyac duymayıb.
Klayn “Liverpul”da 2015-ci ildən çıxış edirdi.
