“Liverpul”da ayın ən yaxşısı
18.05.2022 , 17:50

“Liverpul”da aprel ayının ən yaxşı futbolçusu məlum olub.
Korner.az xəbər verir ki, bu, yarımmüdafiəçi Tiaqo Alkantaradır. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
İspan futbolçu komandasının ötən ay keçirdiyi 9 oyunun hər birində iştirak edib.
