“Liverpul”da 5 illik müqavilə
18.11.2022 , 13:23

“Liverpul” futbolçusu Kurtis Consla müqaviləni yeniləyib.
Korner.az xəbər verir ki, 21 yaşlı yarımmüdafiəçinin sözləşməsinin müddəti 2027-ci ilin yayına qədər artırılıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
“Liverpul”un yetirməsi olan Cons 2020-ci ilin yayından əsas komandada çıxış edir.
