“Liverpul” “Yuventus”dan futbolçu transfer edir
27.03.2025 , 11:28

“Liverpul” yayda “Yuventus”un müdafiəçisi Andrea Kambiasonu transfer etməyi planlaşdırır.
Korner.az xəbər verir ki, Mersisayd təmsilçisi 25 yaşlı futbolçunu “Real”a keçəcəyi gözlənilən Trent Aleksander-Arnoldun əvəzləyicisi kimi nəzərdən keçirirlər.
Kambiaso 2022-ci ildən “Yuventus”da çıxış edir. Bu mövsüm o, bütün turnirlərdə 35 oyun keçirib, 2 qol vurub və 3 məhsuldar ötürmə edib.
