“Liverpul” UEFA Superkubokunun qalibi oldu
15.08.2019 , 02:32

Bu gün UEFA Superkubokunun qalibi müəyyənləşib.
Korner.az-ın məlumatına görə, Türkiyənin İstanbul şəhərində keçirilən görüşdə iki ingilis klubu qarşılaşıb. Ötən mövsüm Çempionlar Liqasını qazanan “Liverpul”la Avropa Liqasının qalibi “Çelsi” üz- üzə gəlib.
Matçın əsas vaxtı 1:1 hesabıyla başa çatıb. Oyunda əlavə vaxt oynanılıb. Burda da komandalar hərəyə bir dəfə fərqlənib. Qalibin adı penaltilər seriyasında müəyyən olub. “Liverpul” 5:4 hesabıyla qalib gəlib. Temmi Abrahamın vurduğu penaltini qapıçı Adrian qaytarıb.
14 avqust
UEFA Superkuboku
23:00. “Liverpul” (İngiltərə) – “Çelsi” (İngiltərə) – 2:2 pen – 5:4
Qollar: Jiru, 36, Mane, 48, 95, Jorjinyo, 101 (pen)
Baş hakim: Stefani Frappar (Fransa)
İstanbul. “Vodafon Park” stadionu
