“Liverpul” yeni baş məşqçisini rəsmən açıqladı
20.05.2024 , 20:10

“Liverpul” alman baş məşqçi Yurgen Kloppla yollarını ayırıb.
Korner.az xəbər verir ki, İngiltərə nəhəngi bu vəzifəyə “Feyenoord”u çalışdıran Arne Slotun təyin olunduğunu açıqlayıb.
Məlumatda, 45 yaşlı hollandiyalı çalışdırıcının iyunun 1-də işə başlayacağı qeyd olunub.
Bu mövsüm “Feyenoord”la bütün yarışlarda 47 matça çıxmağı bacaran Slot 32 qələbə, 7 heç-heçə və 8 məğlubiyyət əldə edib. Təcrübəli məşqçi orta hesabla 2,19 bal toplayıb.
