“Liverpul” və “Barselona” klubları Iuis Suaresin keçidini həll ediblər.
Korner.az Goal.com-a istinadən məlumat verir ki, uruqvaylı forvardın transferinin dəyəri 70 milyon funt təşkil edəcək.
Tərəflər 1 həftəlik danışıqlardan sonra razılığa gəliblər.
Futbolçunun rəsmi şəkildə kluba keçidi məsələsi bu günlərdə dəqiqləşəcək.
