Yayda Madrid “Real”ından transfer edilən “Yuventus”un gənc hücumçusu Alvaro Morata ingilis klublarının maraq dairəsinə düşüb.
Korner.az-ın məlumatına görə, İspaniya millisinin 22 yaşlı futbolçusuna “Liverpool” və “Arsenal” elçi düşüb.
“Qoca Sinyora” isə əgər futbolçuya onun transfer etdikləri məbləğdən daha çox pul veriləcəyi təqdirdə Moratanı buraxmağa hazır olduğunu bildirib.
