“Liverpul” ulduz oyunçu ilə müqavilə imzalayır
09.12.2024 , 11:20
“Liverpul” hücumçusu Məhəmməd Salahın müqaviləsini uzadacaq.
Korner.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Xəbərdə, Mersisayd klubunun sözləşməsi başa çatacaq misirli futbolçu ilə razılığa gəldiyi bildirilir.
Tərəflər arasında yeni 2 illik müqavilə imzalanacağı gözlənilir.
32 yaşlı ulduz oyunçu 2017-ci ildən “Liverpul”da çıxış edir.