“Liverpul” ulduz futbolçuya əvəzləyici tapdı
17.02.2025 , 13:56

“Liverpul”un yeni transfer hədəfi məlum olub.
Korner.az xəbər verir ki, London klubu “Barselona”nın uruqvaylı oyunçusu Ronald Arauxonu heyətinə cəlb etmək istəyir.
Kataloniya nəhəngi 25 yaşlı müdafiəçi üçün 60 milyon avro tələb edir.
“Liverpul” Arauxonu Vircil van Deykin əvəzləyicisi kimi görür.
La Liqa təmsilçisinə istənilən məbləğ təklif olunarsa, bundan sonra İspaniya klubu futbolçunu satacaq.
