“Liverpul” qış fasiləsində ilk transferini gerçəkləşdirib. “Qırmızılar” “Sauthempton”dan Virqil van Deyki heyətinə qatıb. Hollandiyalı müdafiəçi ilə rəsmi müqavilə imzalanıb.
Mersisaydlılar bu keçidə görə qarşı tərəfə 75 milyon avro təzminat ödəyib ki, bu da dünya futbolunda müdafiəçi üçün rekord məbləğdir.
“Liverpul” bundan öncə də “Sauthempton” klubundan bir neçə futbolçu transfer edib. Həmin siayhını təqdim edirik:
Virgil Van Dijk – 85 milyon avro
Sadio Mane – 41 milyon avro
Nathaniel Clyne – 17.7 milyon avro
Adam Lallana – 31 milyon avro
Dejan Lovren – 25.3 milyon avro
Rickie Lambert – 5.5 milyon avro
