“Liverpul” üçün bəd xəbər: 6 həftə olmayacaq
07.12.2018 , 10:50

“Liverpul”un futbolçusu Co Qomez 6 həftə komandasına kömək edə bilməyəcək. Buna səbəb futbolçunun İngiltərə Premyer Liqası 15-ci turunda “Bernli”yə qarşı baş tutan matç (3:1) zədələnməsi olub.
Matçın 23-cü dəqiqəsində əvəzlənnə oyunçunun sol ayağından xəsarət aldığı bildirilir. “Liverpul”un baş məşqçisi Yurgen Klopp oyun gedişindən və matçdan sonra da “Bernli” komandasının kobud oynadığına dair etiraz edib.
Qomez bu mövsüm “Liverpul”un heyətində 15 Premyer Liqa matçının 13-də çıxış edib.
