“Liverpul” Salahla müqavilə yenilədi – Rəsmi
11.04.2025 , 11:45

“Liverpul” futbolçusu Məhəmməd Salahla müqaviləni uzadıb.
Korner.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Məlumatda, misirli hücumçu ilə imzalanan yeni sözləşmənin müddəti 2027-ci ilin iyununa qədər yeniləndiyi nəzərə çatdırılıb.
Ulduz oyunçu 2017-ci ildən “Liverpul”da çıxış edir. O, bu mövsüm Mersisyd təmsilçisində 45 oyun keçirib, 32 qol vurub, 22 məhsuldar ötürmə verib.
