“Liverpul” Salahla bağlı nə qərar verib?
24.02.2025 , 20:00

“Liverpul” müqaviləsi mövsümün sonunda başa çatacaq Məhəmməd Salahla yeni müqavilə imzalamağa hazırlaşır.
Korner.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb.
Xəbərdə, ulduz futbolçunun London klubu ilə sözləşməsinin uzadacağı gözlənilir.
Tərəflər arasında yeni kontraktın 2+1 illik nəzərdə tutulacağı bildirilir.
Cari mövsümdə Mersisayd təmsilçisinin heyətində 38 rəsmi matçda iştirak edən 32 yaşlı misirli ulduz bu matçlarda 30 qol vurub və 21 məhsuldar ötürmə edib.
