İngiltərə Premyer Liqasında mübarizə aparan “Liverpul” “Real”ın (Madrid) futbolçusu Hames Rodrigezlə maraqlanır.
Korner.az-ın məlumatına görə, bu haqda “Sky Sport” xəbər yayıb.
İngiltərə təmsilçisinin kolumbiyalı oyunçu ilə danışıqlara başladığı bildirilir.
Yarımmüdafiəçi isə “Liverpul”un təklifinə müsbət yanaşmır. Futbolçunun “Real”dan ayrılacağı təqdirdə “Çelsi” və ya “Mançester Yunayted”də oynamaq istədiyi qeyd edilir.
Xatırladaq ki, 2014-cü ildə “Monako”dan “Real”a 75 milyon avro qarşılığında transfer olunan Rodrigez bu mövsüm 24 oyuna 5 qol vurub və 12 məhsuldar ötürmə edib.
