“Liverpul” “Real”dan transfer edəcək
07.01.2025 , 12:56
“Liverpul”un yeni transfer hədəfi məlum olub.
Korner.az xəbər verir ki, London klubu “Real”ın vingeri Rodriqo ilə maraqlanır.
İngiltərə nəhəngi Rodriqonu Məhəmməd Salahın əvəzedicisi kimi görür.
32 yaşlı Salahın müqaviləsi yayda başa çatacaq. Misirli hücumçunun komandasından ayrılacağı gözlənilir.
24 yaşlı futbolçu bu mövsüm “Real”ın heyətində 21 oyun keçirib, 5 qol vurub və 4 məhsuldar ötürmə edib.