“Real” Çempionlar Liqasının qalibi oldu
29.05.2022 , 01:49

Bu gün UEFA Çempionlar Liqasında 2021/2022 mövsümünün qalibi məlum olub.
Korner.az xəbər verir ki, həlledici matçda “Liverpul” və “Real” komandaları üz-üzə gəlib. Oyun Fransada “Stad de France”də baş tutub. Görüş Madrid klubunun minimal hesablı qələbəsi ilə bitib – 1:0. Bununla da “Real” Avropanın ən güclüsü olub.
Çempionlar Liqası
Final
28 may
23:30 Liverpul (İngiltərə) – Real (İspaniya) – 0:1
Baş hakim: Kleman Tyurpen
