“Real”dan 5 qol, “Napoli”dən qələbə
22.02.2023 , 02:00

Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin daha iki oyunu keçirilib.
Korner.az xəbər verir ki, “Real” İngiltərədə “Liverpul”un qonağı olub və 5:2 hesablı qələbə qazanıb.
Günün digər matçında A Seriyasında lider olan “Napoli” Almaniyada Frankfurt “Ayntraxt”ının qonağı olub. Görüş qonaqların qələbəsi ilə bitib – 0:2.
Çempionlar Liqası
1/8 final mərhələsi, ilk oyunlar
21 fevral
00:00. “Liverpul” (İngiltərə) – “Real” (İspaniya) – 2:5
Baş hakim: İştvan Kovaç (Rumıniya)
00:00. “Ayntraxt” (Frankfurt, Almaniya) – “Napoli” (İtaliya) – 0:2
Baş hakim: Artur Diaş (Portuqaliya)
