Keçən mövsüm çempionluğu son anda əlindən qaçıran “Liverpul”, “Southampton”dan Adam Lallananı rənglərinə bağlayıb.
Korner.az-ın məlumatına görə, daha öncə bu klubdan Riki Lamberti transfer edən “mersisaydlılar” indi də, 26 yaşlı gənc futbolçunu komandaya cəlb etməyi bacarıblar.
Qeyd edək ki, Lallananın transfer bədəli təxminən 31 milyon avro təşkil edir.