“Liverpul” rəsmiləri məvaciblərini azaltdılar
08.04.2020 , 19:04
“Liverpul” klubunun idarəçiləri məvaciblərinin bir hissəsindən imtina ediblər.
Korner.az xəbər verir ki, Mersisayd klubunun CEO-su Peter Mur, COO-su Endi Huz və idarəedici direktoru Billi Hoqan məvaciblərini 25 faiz azaldıblar.
Klub rəsmiləri, koronavirus pandemiyasının iqtisadi təsirini azaltmaq üçün bu addımı atıblar.
