“Liverpul” Qakponu transfer etdi
29.12.2022 , 10:56
“Liverpul” PSV-nin futbolçusu Kodi Qokpanı transfer edib.
Korner.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. O,yeni klubunda 18 nömrəli forma ilə çıxış edəcək. 23 yaşlı hücumçu ilə 2028-ci ilin yayına qədər müqavilə imzalanacaq. Mersisayd təmsilçisi niderlandlı oyunçu üçün 42 milyon avro təzminat ödəyəcək.
Qeyd edək ki, Qakbo yanvardan komandaya qoşulacaq.