“Liverpul” qələbəni son dəqiqələrdə əldən verdi
13.02.2025 , 10:23

İngiltərə Premyer Liqasında 15-ci turdan təxirə salınmış bir oyun keçirilib.
Korner.az-ın məlumatına görə, “Liverpul” səfərdə “Everton”la üz-üzə gəlib.
Görüşdə qaplara 4 qol vurulub. Klublardan hərəsi 2 dəfə fərqlənməklə xalları yarıya bölüblər – 2:2.
İngiltərə Premyer Liqası
15-ci turun oyunu
12 fevral
Everton – Liverpul 2:2
Qollar: Beto, 11. Tarkovski, 90+8 – Makallister, 1. Salah, 73.
