“Liverpul” PSJ-dən futbolçu transfer edir
25.12.2024 , 23:01
“Liverpul”un yeni transfer hədəfi məlum olub.
Korner.az xəbər verir ki, London nəhəngi PSJ-nin hücumçusu Randal Kolo Mouanini ilə heyətini gücləndirmək istəyir.
“Mersisaydlılar” 26 yaşlı futbolçunu icarəyə götürmək istəyir.
Tərəflər arasında ilkin danışıqların olacağı gözlənilir.