“Liverpul” onu satmağa razıdır
30.04.2025 , 17:30

“Liverpul” futbolçusu Dieqo Jota üçün yaxşı təklif gələrsə, dəyərləndirməyi düşünür.
Korner.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Xəbərdə, Mersisayd təmsilçisinin portuqaliyalı oyunçu üçün 50-55 milyon avro tələb etdiyi bildirilib.
Bu mövsüm 34 oyuna çıxan hücumçu, 9 qol vurub, 4 məhsuldar ötürmə ilə yadda qalıb.
