“Liverpul” onu icarəyə göndərdi
29.09.2020 , 20:31

“Liverpul” qapıçısı Loris Kariusu yenidən icarəyə göndərib.
Korner.az xəbər verir ki, 27 yaşlı alman qolkiper bundan sonra “Union Berlin”də çıxış edəcək. Bu barədə Bundesliqa klubunun rəsmi saytı məlumat yayıb.
Berlin təmsilçisi qapıçını mövsümün sonuna qədər icarəyə götürüb.
