“Liverpul” onu göndərdi
01.07.2021 , 15:46

Ozan Kabak “Liverpul”dan ayrılıb.
Korner.az xəbər verir ki, bu barədə Premyer Liqa nəhənginin rəsmi saytı məlumat yayıb.
Bu ilin əvvəlində Almaniyanın “Şalke” klubundan 6 aylıq icarəyə götürülən futbolçunun müqaviləsinin müddəti bitib. Klub onunla yeni sözləşmə imzalamağa ehtiyac duymayıb.
Qeyd edək ki, türk futbolçu “Liverpul”da cəmi 13 oyuna çıxıb.
