“Liverpul” onu 6 həftəlik itirdi
25.12.2019 , 20:30

“Liverpul”un zədəli futbolçusu Aleks-Oksleyd Çemberleynin vəziyyətinə aydınlıq gəlib.
Korner.az xəbər verir ki, ayaq biləyindən zədələnən 26 yaşlı yarımmüdafiəçi ən azı 6 həftə yaşıl meydanlardan uzaq qalacaq.
“Liverpul”un heyətində 21 oyun keçirən Çemberleyn, 5 qolla yadda qalıb.
