“Liverpul” müdafiəçisini geri qaytardı
03.01.2025 , 14:55
“Liverpul” “Uiqan”da icarə əsasında çıxış edən müdafiəçisi Kelvin Remsinin qaytarıb.
Korner.az xəbər verir ki, 21 yaşlı şotlandiyalı cümə günü “qırmızılar”la məşqlərə başlayacaq.
Remsi 2022-ci ilin iyulunda “Aberdin”dən “Liverpul”a keçib. Onun müqaviləsi 2027-ci ilin yayına qədərdir.