“Liverpul” müdafiə xəttini onunla gücləndirir
15.05.2025 , 23:30

“Liverpul” yeni mövsümdə müdafiə xəttini gücləndirməyə çalışacaq.
Korner.az xəbər verir ki, Premyer Liqa klubu “Bolonya”nın futbolçusu Con Lukumi ilə maraqlanır.
Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.
Mersisayd təmsilçisi kolumbiyalı mərkəz müdafiəçisi üçün yayda təklif göndərəcək.
26 yaşlı oyunçunun xidmətində “Liverpul”dan başqa “Çelsi” və “Tottenhem” də maraqlıdır.
