“Liverpul” müdafiə xəttini onunla gücləndirəcək
22.07.2024 , 12:17

Arne Slotla yeni dövrə qədəm qoyan “Liverpul” transfer dönəmində müdafiə xəttini gücləndirmək istəyir.
Korner.az xəbər verir ki, klubun əsas transfer hədəfinin “Sportinq”də çıxış edən Qonçalo İnasio olduğu bildirilir.
Bu barədə Portuqaliya mətbuatında xəbər yer alıb.
İddia edilib ki, “Sportinq” 22 yaşlı oyunçunun sərbəst qalması üçün 45 milyon avro tələb edir.
Gənc müdafiəçinin klubu ilə hazırkı müqaviləsinin müddəti 2027-ci ilə qədərdir.
İnasio Portuqaliya təmsilçisinin A komandasında 171 matçda 15 qol vurub, 9 məhsuldar ötürmə edib.
