“Liverpul” müdafiə xəttini onunla gücləndirəcək
24.02.2025 , 16:23

“Liverpul” müdafiə xəttini gücləndirmək üçün hərəkətə keçib.
Korner.az xəbər verir ki, Mersisayd təmsilçisi “Valensiya”dan Kristian Moskeranı heyətinə cəlb etmək istəyir.
Hazırda 20 yaşlı müdafiəçi ilə danışıqların aparıldığı bildirilir.
İspaniyalı futbolçu bu mövsüm 23 matça çıxıb, 1 qol vurub.
