“Liverpul” müdafiə xəttini onunla gücləndirə bilər
09.04.2025 , 19:28

“Liverpul” yeni mövsümdə müdafiə xəttini gücləndirmək istəyir.
Korner.az xəbər verir ki, Mersisayd təmsilçisi “Braqa”da çıxış edən Siku Niakate ilə maraqlanır.
25 yaşlı futbolçunun klubu ilə müqaviləsində 30 milyon avroluq sərbəstqalma maddəsi mövcuddur.
Təcrübəli oyunçu 2022-ci ildən “Braqa”nın uğurları üçün çalışır.
