“Liverpul” müdafiə xəttini gücləndirir
19.01.2026 , 23:45
İngiltərənin “Liverpul” klubu müdafiə xəttini gücləndirmək üçün transfer fəaliyyətini aktivləşdirib.
Korner.az xarici KİV-ə istinadən xəbər verir ki, əvvəlcə Mark Qehi ilə razılığa gələ bilməyən klub diqqətini digər hədəflərə yönəldib.
Xəbərdə bildirilir ki, indi əsas namizədlər “Borussiya Dortmund”un müdafiəçisi Niko Şlotterbek və “İnter”in mərkəz müdafiəçisi Alessandro Bastonidir.